Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
- 21-01-2026, 10:22
- 3 575
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,7% artaraq 69,39 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.