Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb
- 9-12-2025, 13:00
- 1 073
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.
"Bu da milli valyuta ifadəsi ilə 142 milyard manat deməkdir və 2025-ci ildə gözlənilən ümumi daxili məhsuldan (130 milyard manat) 8 milyard manat çoxdur. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur", - deyə baş nazir qeyd edib.