Ev almaq istəyənlərin NƏZƏRİNƏ: 2026-cı ildə mənzil bazarında hansı dəyişikliklər gözlənilir? - VİDEO
- 26-11-2025, 11:02
- 1 767
Bəs 2026-cı ildə qiymətlər necə dəyişə bilər?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ölkə iqtisadiyyatında bir sıra güzəştlərin müddətinin 2026-cı ildən artırılmamasının daşınmaz əmlak bazarına təsiri ehtimalı olsa da, yenə də qiymətlərin enəcəyi gözlənilmir:
"Ola bilsin ki, ötən illərdə olduğu kimi, sürətli qiymət artımı ilə qarşılaşmayaq. Amma bu, o demək deyil ki, daşınmaz əmlakın dəyəri aşağı düşərək qiymətlərə mənfi təsir göstərəcək".
Ekspert əlavə edib ki, daşınmaz əmlak bazarında qiymət artımına səbəb tələbin təklifi üstələməsi yox, bu sahənin ölkədə əsas investisiya alətinə çevrilməsidir. İqtisadçı hesab edir ki, digər investisiya alətlərinin inkişaf edəcəyi təqdirdə daşınmaz əmlaka maraq azala bilər.
Daha ətraflı Baku TV-nin videomaterialında: