“Bizdəki vergi dərəcəsi regionda ən aşağı göstərici olacaq”
- 21-11-2025, 11:30
- 921
“Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərdə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. İslahatlar nəticəsində əmək müqavilələrinin sayında 2 dəfəyə qədər, əməkhaqqı fondunda isə 2 dəfədən çox artımlar əldə edilib. 2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14%, 2500 manatdan çox gəlirlər üzrə isə 25% tətbiq olunmalıdır.
Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəclərinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14% əvəzinə, 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu, region ölkələri arasında ən aşağı göstərici olacaq”, - komitə sədri bildirib.