Dünya bazarlarında neft 1,5 dollardan çox ucuzlaşıb
- 6-09-2025, 10:02
- 1 855
“Nyu-York Mercantile Exchange”də (NYMEX) WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,61 ABŞ dolları və ya 2,54% azalaraq bir barel üçün 61,87 ABŞ dolları olub.
ICE London qitələrarası birjasında isə noyabr fyuçersləri üzrə Brent markalı neftin qiyməti isə 1,49 ABŞ dolları və ya 2,22% geriləyərək bir barel üçün 65,50 ABŞ dollarına düşüb.