Neft yeniden ucuzlaşdı: Son qiymət
- 17-08-2017, 09:30
- 62 850
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 51,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 15-də 48,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,48 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 15-də 49,77 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,42 dollar/barel azdır.