Yerli istehsal olan “Bizimsüd” ağartı məhsullarından uzaq durun - DİQQƏT!
- 9-08-2017, 15:55
- 139 165
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə yaradır.
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib.
İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.