XalqXəbər.Az

"Seksin yaşı yoxdur"

"Seksin yaşı yoxdur"
28-10-2019, 15:29

Hollivud ulduzu Şeron Stoun "Allure" dərgisinin Amerika buraxılışının siması olub.

Aktrisa övladlarından, seksual həyatından danışıb. O, 1992-ci ildə Maykl Duqlasda tərəf müqabili olduğu məşhur erotik film "Основной инстинкт"dən söz açıb.

61 yaşlı Stoun "Film lazım olan vaxtda ıentə alındı. Bütün məyusluqlarımıza, şübhələrimizə toxundu. Burada kişinin qadın üzərindəki hökmranlığı əks edilib. Həmin film hələ də aktualdır. Amma onu yenidən lentə almaq olar? Onun həmin uğuru qazanacağına şübhə edirəm" sözlərini deyib.

Aktrisa daha sonra insanların aqresiv davranışından bəhs edib:

"İnsanlar çox zalım olub. Düşünürlər ki, gözəlsənsə, axmaq olmalısan. Onlar sizi özünüzü kiçik və yetərsiz hiss etməyə məcbur edəcək. Bədənimə təşəkkür edirəm. 40 yaşımda da gözəl olmuşam. Amma mənə rol vermirdilər. Üç gözəl uşağın anasıyam. Daha sonra insult keçirdim. Həmin ərəfədə tək arzum kiminsə məni sevməsi idi.

Seksin yaşı yoxdur. O, tərəf müqabilindən asılıdır. Cinsi əlaqədə olmaq xatirinə bunu yaşamaq mənlik deyil. İndi çox tənhayam. Hərdən ağlayıram da. İndi hər günümə şükür edərək yaşamağa çalışıram".скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.