XalqXəbər.Az

ABŞ-a elə qar yağdı ki, fövqəladə vəziyyət elan olundu

ABŞ-a elə qar yağdı ki, fövqəladə vəziyyət elan olundu
30-09-2019, 10:46

ABŞ-ın Montana ştatında tüğyan edən güclü qar qasırğsı fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa ilə əlaqədar qubernator Stiv Bullok ştatın ərazisində fövqəladə vəziyyət elan edib.

Qubernator qərarının sentyabr ayında qəfil yağan güclü qar səbəbindən sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə verildiyini deyib.

Ştatın bəzi rayonlarında yağan qarın hündürlüyünün 100 sm olduğu qeyd edilir. Güclü qar ştatda elektrik təchizatında problemlər yaradıb, yollar bağlanıb.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.