SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İsraildən Azərbaycanla bağlı turizm XƏBƏRDARLIĞI

İsraildən Azərbaycanla bağlı turizm XƏBƏRDARLIĞI

Tarix:

25-09-2019, 12:22

/ 1 425 dəfə oxundu.
İsraildən Azərbaycanla bağlı turizm XƏBƏRDARLIĞI

İsrailin milli təhlükəsizlik üzrə qərargahı ölkə vətəndaşları üçün “turistik xəbərdarlıqa”la çıxış edib.

Modern.az İsrail KİV-nə istinadən xəbər verir ki, yəhudi təqviminin tişrey ayında (sentyabr-oktyabr) bəzi ölkələrə səfər etməmək məsləhət görülür.

Yəhudilər üçün təhlükəli ölkələr sırasında Azərbaycan da yer alıb. İsrail rəhbərliyi İranı əhatə edən Azərbaycan, Ermənistan, qonşu Gürcüstan, Türkiyə, Türkmənistan, Fars körfəzi ölkələrinə də səfər etməməyi məsələhət görür.

“İsrail vətəndaşlarının Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə, Misir və İordaniyaya səfər etməsi də məsləhət görülmür”-deyə açıqlamada deyilir.

Şərhlər

XƏBƏR LENTİ