XalqXəbər.Az

Tətil üçün Türkiyəyə getmək istəyənlərə bəd xəbər - Qiymətlər qalxdı

Tətil üçün Türkiyəyə getmək istəyənlərə bəd xəbər - Qiymətlər qalxdı
17-07-2019, 11:43

Türkiyədə muzeylərə giriş biletləri bahalaşıb.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, muzeylərə giriş qiymətləri 15 iyuldan etibarən 20% artırılıb.

Bu artım ilə birlikdə Ayasofya və Topkapıya giriş qiyməti 72 lirəyə yüksəlib. Türkiyənin ən qədim şəhərlərindən olan, hər il təxminən 2 milyona yaxın turist cəlb edən Efes Antik şəhərində gəzinti üçün də bundan sonra 60 lirə əvəzinə 72 lirə ödəmək lazım gələcək. Pamukkaləni gəzmək istəyənlər isə 50 lirə yox, 60 lirə ödəməli olacaqlar.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.