SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İran bölgəni təhlükəyə sürükləyir – Atom həyəcanı

İran bölgəni təhlükəyə sürükləyir – Atom həyəcanı

Tarix:

11-07-2019, 12:09

/ 1 058 dəfə oxundu.
İran bölgəni təhlükəyə sürükləyir – Atom həyəcanı

“Birinci növbədə atom silahı yaratmaq İranın özünə təhlükədir. Yəni İranın elmi-texniki, intellektual, kompüter texnologiyaları potensialı yoxdur ki, daha yüksək rəqəmədək uranı idarə edə bilsin. Artıq 5%-dən yuxarı uran atom bombası hesab olunur. 3.67%-ə qədər müəyyən ciddi tibbi-bioloji tədqiqatlar üçün, elmi məqsədlər üçün istifadə olunmalıdır. Amma 5%-i keçirsə, artıq bu gücündən asili olaraq müxtəlif atom bombaları hesab oluna bilər. Əlbəttdə ki, real atom bombasında bu faiz 70-i ötür”.
Bunu “Yeni Sabah”a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin Direktoru Mübariz Əhmədoğlu Uranın daha artıq urana sahib olmaq niyyətinə münasibət bildirərkən deyib. Durumu şərh edən politoloq deyir ki, İranın uranı 3.67%-dən yuxarı zənginləşdirməsi artıq İranın nüvə müqaviləsindən çıxması deməkdir:

“Yəni o 6-lıq ilə bağlanmış müqavilənin İran tərəfindən pozması deməkdir. Çünki müqavilə 6 dövlətlə imzalanıb amma bu müqaviləni tərk edən təkcə ABŞ idi. Əslində, müqavilə qüvvədə idi.

İndi ilk dəfə olaraq İran müqavilənin şərtini pozdu. Sadəcə avropalılar o müqavilə ilə bağlı öhdəlikləri reallaşdıra bilmirdilər, amma avropalılar o müqavilədən imtina etməmişdilər. İndi İran hətta 20%-ə dək uranı zənginləşdirəcəyini elan edib.

Fukisimanın atom elektrik stansiyasında qəza oldu. Səbəb isə zənginləşdirilmiş uran idi. Digər bir misal Çernobl fəlakətidir.

Yaponiya dünyanın ən ağıllı, elmtutumlu dövlətidir. Amma Fukisimanı idarə edə bilmədilər. Avropada da dəfələrlə belə hadisələr baş verib. Bu partlayışlar nəticəsində Ukraynanın bir 10%- i iflic vəziyyətdədir, Yaponiya dənizin 20%-in məhsullarından hələdə istifadə edə bilmir.

Əgər SSRi, Yaponiya istifadə edə bilmədisə, İran heç idarə edə bilməyəcək. Partlayışı, qəzası olacaq. İranın bu gün nüvə ilə məşğul olan bütün proqramlarını icra edənlərə Abşdan müxtəlif viruslar yola salınır. Yəni qəza etmə ehtimalı çox böyükdür”.

Politoloq həmçinin Azərbaycanı gözləyən təhlükə haqqında da proqnoz verib:

“Azərbaycana və Qafqaz ölkələrinə birbaşa təhlükə yoxdur. Bizi orda 2 istiqamətdə təhlükə gözləyir:

1) Müharibə zamanı

2) Ehtimal olunan qəza zamanı

Ehtimal qəza zamanı yəni 1 günə də olmasa, 5 günədək baş verəcək qəza zamanı hətta uzaqlığı Fars körfəzinədək uzanmasına baxmayaraq, radiasiya dalğaları, tozları gəlib Qafqaz ölkələrinə çatacaq, bizə də həmçinin.

Müharibə olsa bizdə humanitar fəlakət olacaq. Yəni İranda müharibə olacağı təqdirdə adamların bir qismi ölkəni tərk edəcək. İran 80 milyon əhalisi varsa, onun 3 milyonu ölkəni tərk etsə və bunların böyük əksəriyyəti Bakıya gələcək. Bu da sosial humanitar partlayışla nəticələnəcək.

Biz öz ölkəmizin əhalisini dolandıra bilirik. Amma milyon rəqəmə yaxın qaçqını qəbul etməyə hazır deyilik. Bir sözlə bu problem nə qədər çox tez həll olunarsa, bu ilk növbədə İranın özünə faydalıdır”.

Şərhlər

XƏBƏR LENTİ