SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tiflisdə “Mini Avromaydan” başladı: - kim qurban gedəcək?

Tiflisdə “Mini Avromaydan” başladı: - kim qurban gedəcək?

Tarix:

21-06-2019, 11:07

/ 950 dəfə oxundu.
Tiflisdə “Mini Avromaydan” başladı: - kim qurban gedəcək?

Hazırda Gürcüstanda baş verənləri “mini Avromaydan” adlandırmaq olar. Əvvəla, son vaxtlar özünün “yumşaq güc” vasitələri ilə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi və gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Tiflisdə, parlamentin binasında keçirilən Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclası zamanı Sergey Qavrilovun iclasa sədrlik etməsinə qarşı etiraz edənlərin Tiflis küçələrinə axışmasının nə ilə nəticələnəcəyi ilə bağlı danışarkən deyib.

Politoloq bildirib ki, bu hadisə yaxınlaşan parlament seçkiləri öncəsi Gürcü Arzusunun mövqelərinə zərbə vuracaq:

“Çünki Rusiya ilə təhlükəli yaxınlaşmanın müəllifi iqtidar partiyası və şəxsən İvanişvilidir. Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq. Kəlləsi uçanlardan biri parlamentin sədri Kobaxidze ola bilər. Bədnam toplantı məhz onun icazəsi ilə təşkil olunub.

Nəhayət, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir. Bu siyasət yəqin ki, sona yetəcək və son həftələrdə “gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu” qismində ortaya çıxıb, ölkədə at oynadan iş adamı Levan Vasadze tipli agent-provokatorlar səhnədən yığışdırılacaq. (Vasadze Rusiyanın dövlət şirkətlərində yüksək vəzifələr tutub və Duginin dostudur.) Moskva ilə münasibətlərdə növbəti soyuqlaşmanın başlaması gözləniləndir”.

Xatırladaq ki, Tiflisdə, parlamentin binasında keçirilən Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclası zamanı Rusiyanı təmsil edən kommunist Sergey Qavrilov iclasa sədrlik edib və Gürcüstan parlamentinin sədrinin kreslosunda oturub. Bu mənzərə gürcü cəmiyyətində böyük həqarət kimi qəbul olunub və ölkə çalxalanmağa başlayıb. Həmin an içəridə olmayan müxalifətçi millət vəkilləri (Avropalı Gürcüstan və Vahid Milli Hərəkat) vətəndaş cəmiyyətinin fəalları ilə birlikdə hay-küylə zala daxil olaraq iclası pozublar. Deputatlardan biri Rusiya nümayəndə heyətinin üstünə su atıb. Müxalifətçilər kreslonu mühasirəyə alaraq Qavrilovun bir daha orada oturmasına imkan verməyəcəklərini bildiriblər.

Toplantı bərpa olunmayıb və Rusiya nümayəndə heyəti mühafizə altında hava limanına aparılaraq Moskvaya göndərilib.

Şərhlər

XƏBƏR LENTİ