XalqXəbər.Az

“İstanbulu eninə-uzununa müzakirə etdik” - Görüşdən sonra açıqlamalar

yüklənir...
“İstanbulu eninə-uzununa müzakirə etdik” - Görüşdən sonra açıqlamalar
17-06-2019, 11:25
yüklənir...

Ötən gün canlı yayımda bir araya gəlib iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərini müzakirə edən namizədlər Binəli Yıldırım və Əkrəm İmamoğlu debatdan sonra açıqlamalar veriblər.

“Haberler”ə istinadən məlumata görə, canlı efirdən sonra CHP namizədi İmamoğlu jurnalistlərə açıqlamasında “Qərarı istanbullular verəcək. Millətimiz öz iradəsini 23 iyunda göstərəcək. Hər şey çox gözəl olacaq” deyib.

AKP namizədi Yıldırım isə Tvitterdən etdiyi paylaşımlarıyla görüşü dəyərləndirib. O, görüş barədə “Əkrəm bəy çox şey danışdı, amma nə edəcəyini deməyi unutdu” yazıb. Daha sonra isə ailəvi fotolarını paylaşaraq “Əkrəm İmamoğlu ilə İstanbulu eninə-uzununa müzakirə etdik” deyə qeyd edib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.