SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » 900-dən çox məscid Ərdoğanın əlindən alınır

900-dən çox məscid Ərdoğanın əlindən alınır

Tarix:

14-05-2019, 18:12

/ 1 410 dəfə oxundu.
900-dən çox məscid Ərdoğanın əlindən alınır

Almaniyada bir neçə federal torpaq müsəlmanlara “məscid vergisi” qoyacaq.

Almaniya federal torpaqlarının hakimiyyət orqanları məscidləri yerli müsəlman əhalinin maliyyələşdirməsinə xidmət edən vergi qoyulmasını nəzərdən keçirir.

Bu haqda Almaniyanın Die Welt nəşri yazıb. Bir neçə federal orqanın idarəçiləri hesab edir ki, bu ölkədə olan məscidləri burada yaşayan müsəlmanların özləri maliyyələşdirməlidir. Buna görə də Almaniyanın başqa dini icmalarından “kilsə vergisi” alındığı kimi, yerli müsəlmanlardan da “məscid vergisi” tutmaq istəyirlər. Yerli müsəlman əhalidən toplanacaq bu vergi ilə məscidlər maliyyələşəcək. Bundan məqsəd yerli müsəlman əhalinin xarici təsirdən qorunmasıdır; məqalədə deyildiyinə görə, məscidlərin xaricdən maliyyələşməsi radikallaşmaya və “antidemokratik baxışların yayılmasına” səbəb olur.

İslahatın ilk addımı kimi müsəlmanların ibadət evlərinin qeydə alınmasıdır; başqa dini icmaların artıq belə bir uçotu aparılır. Hazırda isə dövlət qeydiyyatı məcburi deyil. Bu gün üçün Almaniyada 900-dən çox məscid Türkiyənin dini idarələrinə bağlı olan Dini Qurumların Türk-İslam Birliyinə (DQTİB) məxsusdur. Nəşrin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyaya “dini və siyasi təsir məqsədilə” imamlar göndərir. Ötən ilin sentyabrında Prezident Ərdoğan şəxsən Kölnə gələrək yeni şəhər məscidinin açılışında iştirak edib. Bu, Avropada ən böyük məsciddir və Türkiyə onun tikintisinə 30 milyon avrodan çox pul xərcləmişdi.

Məqalədə göstərilir ki, Almaniya Federativ Respublikasının bu və ya başqa dini icmalara məxsus olan vətəndaşları öz gəlirləinin 8-9 faizi miqdarında “kilsə vergisi” verirlər. Ateistlər, işsizlər, aztəminatlılar, tələbələr və pensiyaçılar bu vergidən azaddırlar. Müsəlmanlar üçün isə bu günə qədər belə vergi tətbiq edilməyib.(Bizimyol.info)

Şərhlər

XƏBƏR LENTİ