SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlı biznesmen HƏBS EDİLDİ

Azərbaycanlı biznesmen HƏBS EDİLDİ

Tarix:

12-02-2019, 15:32

/ 1 073 dəfə oxundu.
Azərbaycanlı biznesmen HƏBS EDİLDİ

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində çalışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.

Şərhlər

XƏBƏR LENTİ