SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Poroşenko Qara dənizdəki təxribat hesabına reytinqini qaldırdı” - Putin

“Poroşenko Qara dənizdəki təxribat hesabına reytinqini qaldırdı” - Putin

Tarix:

20-12-2018, 15:14

/ 2 136 dəfə oxundu.
“Poroşenko Qara dənizdəki təxribat hesabına reytinqini qaldırdı” - Putin

Ukraynalı hərbçiləri Rusiya sərhədinə öləcəklərini hesaba alaraq göndərmişdilər.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Kerç boğazında yaşanan qalmaqalla bağlı sualı cavablandırarkən deyib:

“Petro Poroşenko öz reytinqini ölkənin maraqları hesabına Qara dənizdəki təxribatından sonra qaldırdı. Bu, pis üsuldur.

Təxribat hər zaman pisdir, situasiyanın kəskinləşməsinə hesablanır. Aydındır, onlarda (Ukraynada-red.) seçkidir, hazırki hakimiyyətin reytinqini qaldırmaq lazımdır. Lakin bu, xalqın maraqlarına zərbədir. Petro Poroşenkonun reytinqi yüksəldi, beşinci yerdən ikiyə qalxdı. O öz tapşırığını ölkənin maraqları hesabına yerinə yetirdi”.

Ukraynalı hərbçilərin mübadiləsinə gəlincə, Putin bildirib ki, bu məsələni cinayət işi başa çatdıqdan sonra həll etmək olar.

Şərhlər

XƏBƏR LENTİ