SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Əsgər xidmət yoldaşını dəfələrlə zorladı” - Erməni ordusunda növbəti rəzalət

“Əsgər xidmət yoldaşını dəfələrlə zorladı” - Erməni ordusunda növbəti rəzalət

Tarix:

5-12-2018, 10:55

/ 1 489 dəfə oxundu.
“Əsgər xidmət yoldaşını dəfələrlə zorladı” - Erməni ordusunda növbəti rəzalət

Erməni hərbi qulluqçu silahdaşının ləyaqətini alçaldaraq, ona təcavuz və digər əxlaqsız hərəkətlər edib.

Erməni mətbuatına istinadla xəbər veririk ki, Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsinin 3-cü qarnizon istintaq şöbəsində müddətli hərbi qulluqçu əsgər Narek Mçarzpetunoviç Adıbekyanın öldürülməsi üzrə açılmış cinayət işinin ilkin araşdırılması başa çatıb.

Ermənistan istintaq komitəsindən mətbuata verilən məlumata görə, işin hərtərəfli araşdırılması nəticəsində məlum olub ki, 2017-cı il 10 noyabr-11 dekabr tarixləri arasında hərbi hissənin müdafiə zolağındakı döyüş mövqelərindən birində hərbi qulluqçu Narek Adıbekyan davamlı olaraq silahdaşı K.Xaçatryana qarşı şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verib. Adıbekyan Xaçatryanı fiziki və mənəvi təcavüzə məruz qoyub və digər əxlaqsız hərəkətlər törədib. Bunun nəticəsində Xaçatryan Adıbekyandan xilas olmaq yollarına baş vurub.

Növbəti dəfə 2017-ci il 11 dekabr saat 18:40 radələrində döyüş mövqeyində müşahidəçi olarkən Narek Adıbekyan Xaçatryana qarşı mənəviyyata zidd hərəkətlər etməyə başlayıb. O, həmçinin həmin gün qəhvə gətirmədiyinə görə Xaçatryanın ünvanına ağır ifadələr işlətməklə, valideynlərini təhqir edib. Təzyiq və təhqirlərdən yorulan Xaçatryan mənəvi sarsıntı təsiri altında olmaqla, ona təhkim edilmiş AKM tipli silahı səngərdə doldurub və tək-tək güllə atmaqla Adıbekyanı baş və bədəninin müxtəlif nahiyyələrindən yaralayıb. Adıbekyan aldığı güllə yaralarından hadisə yerində ölüb.

Hadisəni törədən Xaçatryana qarşı cinayət işi açılsa da, ölən hərbi qulluqçu da günahkar qismində cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi ittiham yekunu ilə bərabər ilkin araşdırmanın qanuniliyinə nəzarəti həyata keçirən prokurorun ünvanına göndərilib.

ordu.az

Şərhlər

XƏBƏR LENTİ