SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyədə Adnan Oktar və şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb

Türkiyədə Adnan Oktar və şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb

Tarix:

11-07-2018, 10:49

/ 1 086 dəfə oxundu.
Türkiyədə Adnan Oktar və şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb

“Hürriyet”in verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməlyyata polis helikopterləri də cəlb olunub.

A. Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir.

A. Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər əməllərdə ittiham olunur.

Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

Şərhlər

XƏBƏR LENTİ