SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Yanukoviç arvadından boşandı – Bir yerdə yaşadığı məşuqəsi ilə “evləndi”

Yanukoviç arvadından boşandı – Bir yerdə yaşadığı məşuqəsi ilə “evləndi”

Tarix:

27-02-2017, 13:21

/ 1 427 dəfə oxundu.
Yanukoviç arvadından boşandı – Bir yerdə yaşadığı məşuqəsi ilə “evləndi”

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Almaniyanın “Der Spiegel” qəzetinə müsahibəsində arvadı Lyudmila ilə boşandığını bildirib.
Cütlük 45 illik birgə ailə həyatından sonra boşanmaq qərarı verib. 2014-cü ilin fevralı devrilmiş prezident hal-hazırda keçmiş aşpazının bacısı ilə yaşayır. Yanukoviç həmin qadınla bir yerdə Ukraynadan Rusiyaya qaçmışdı.
Sabiq prezident iddia edir ki, maliyyə məsələsində ona oğlu Aleksandr dəstək verir.

Şərhlər

XƏBƏR LENTİ