SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tanınmış aktyor tutuldu - Ərdoğanı təhqir edib

Tanınmış aktyor tutuldu - Ərdoğanı təhqir edib

Tarix:

17-01-2017, 15:29

/ 1 907 dəfə oxundu.
Tanınmış aktyor tutuldu - Ərdoğanı təhqir edib

Türkiyədə aktyor Mehmet Aslan saxlanılıb.

xalqxeber.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu aktyor barəsində cinayət işi açıb. O, “prezindeti təhqir etmək” maddəsi ilə ittiham edilir. Məlumata görə, Mehmet Aslan öz vəkili ilə polis bölməsinə gedərək təslim olub.

Aktyor bir neçə gün qabaq tvitterdə “Tayyib, yatacaq yerin yoxdur, bu ərəb terrorçuları içimizə doldurdun, türkləri öldürdün”, - deyə yazıbmış.

Qeyd edək ki, Mehmet Aslan “Doktorlar”, “Maçolar” adlı seriallarda çəkilib və “Ayakta Kal” filmində Sinem Koballa baş rolu paylaşıb.

Xatırladaq ki, Mehmet 7 İyun 2015-ci ildə baş tutan seçkilərdə MHP nümayəndəsi kimi namizədliyini irəli sürmüşdü.

Şərhlər

XƏBƏR LENTİ