Türkiyədə PKK-ya qarşı əməliyyatda terrorçu qruplaşmasının bir neçə üzvü zərərsizləşdirilib.
“Anadolu “ agentliyinə istinadən xəbər veririk ki, Mardinin Nusaybin rayonunda məhv edilən yaraqlılar terror təşkilatının Türkiyə üzrə “məsul şəxs”, kod adı Behzat və onun müavini Rojhatdır.
Behzat adlı terrorçunun PKK-nın başçılarından Murad Qarayılanın yaxın mühafizəçisi olduğu, onun ən əhəmiyyətli və güvəndiyi şəxs olduğu deyilir.