SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Kəbədə şəkil çəkmək qadağan olundu

Kəbədə şəkil çəkmək qadağan olundu

Tarix:

23-11-2017, 18:01

/ 1 908 dəfə oxundu.
Kəbədə şəkil çəkmək qadağan olundu

Səudiyyə Ərəbistanı müqəddəs yerlərdə foto və video çəkilişi qadağan edib.

Xarici mediaya istinadən xəbər veririk ki, Məkkə şəhərindəki Əl Həram (Kəbə) və Mədinə şəhərindəki Əl Məscid Ən Nəbavi məscidlərində açıq və qapalı bölgələrdə foto və video çəkmək mümkün olmayacaq. Media nümayəndələrinə də aid edilən qərara tabe olmayan şəxslərin cihazı götürüləcək və onlar barədə lazımi hüquqi tədbir görüləcək.

Səudiyyə Ərəbistan Krallığı Sarici İşlər Nazirliyi tərəfindən qəbul edilən qərarın məqsədi insanlara ibadət üçün daha yaxşı şərait yaratmaq, foto, video çəkilişlə onları narahat etməməkdir.

Şərhlər

XƏBƏR LENTİ