SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Zərrabın canı cəhənnəmə olsun”

“Zərrabın canı cəhənnəmə olsun”

Tarix:

23-11-2017, 12:29

/ 1 399 dəfə oxundu.
“Zərrabın canı cəhənnəmə olsun”

Türk nazirdən ABŞ-da həbsdə saxlanılan iş adamı haqda suala sərt reaksiya

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ABŞ-da həbsdə saxlanılan İran əsilli iş adamı Rza Zərrabın Türkiyəyə qarşı ifadə verəcəyi barədə dolaşan şayiələrə sərt cavab verib.

O, "Milliyet" verdiyi açıqlamada "Rza Zərrabın canı cəhənnəmə olsun" deyib:

"Nə olursa olsun, canı cəhənnəmə. Bunun Türkiyəyə nə zərəri var, anlamıram. Türkiyəyə nə zərəri olur, nə edər. Etiraf etsə, nə deyəcək ki? Nəyi etiraf edəcək?

Sonunda vasitəçilik eləmiş "Xalq Bank"ımız var. "Xalq Bank"ın əməliyyatında qeyd edilənlərdən nə almışıqsa, qarşılığında pul vermişik. İran da bu pulu embarqo xaricində aldığı məhsulların maliyyəsinə sərf edib. "Xalq Bank" bu pulları onlara ödəyib. Heç bir şeyi saxlamayıb, gizli etməyib və son dərəcə də şəffaf əməliyyat aparılıb".

Şərhlər

XƏBƏR LENTİ