SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ-dan vətəndaşlarına Avropaya səyahət xəbərdarlığı

ABŞ-dan vətəndaşlarına Avropaya səyahət xəbərdarlığı

Tarix:

17-11-2017, 10:37

/ 1 442 dəfə oxundu.
ABŞ-dan vətəndaşlarına Avropaya səyahət xəbərdarlığı

ABŞ xarici işlər nazirliyi vətəndaşlarına Avropaya səyahət barədə xəbərdarlıq edib.

Xarici mediaya istinadən xəbər veririk ki, tətil dövrlərində terror hücumları ehtimalının artacağını bildirən nazirlik bu xəbərdarlıq dövrünün 31 yanvar 2018-ci il tarixində yekunlaşacağını qeyd edib. Təhlükəli ölkələr siyahısında Fransa, Rusiya, İsveç, İngiltərə, İspaniya, Finlandiya, terror qrupları arasında isə İŞİD və Əl Qaidənin adı vurğulanıb.

Xəbərdarlıq açıqlamasında Almaniyanın paytaxtı Berlində və Türkiyənin İstanbul şəhərində yeni il gecəsi törədilən teraktlar xatırlanıb.

ABŞ açıqlamada vətəndaşlarına mərkəzi yerlərdə, gecə klublarında, əyləncə mərkəzlərində, restoran, ibadətxana, park, otel, alış-veriş mərkəzlərində, həmçinin radikal şəxslərin hücumlarına qarşı ehtiyatlı olmaq barədə xatırlatma edib.

Şərhlər

XƏBƏR LENTİ