SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Tarix:

13-02-2017, 22:11

/ 2 245 dəfə oxundu.
ABŞ-da fövqəladə vəziyyət elan edildi

Fevralın 13-də ABŞ-ın Orovill şəhərində (Kaliforniya ştatı) Orovill bəndində yaranan qəza vəziyyəti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Fevralın 7-də bəndin su toplanan yerinin beton novunda zədə aşkar edilib. Fevralın 11-də indiyədək bu bənddə istifadə olunmayan qəzalı qrunt suyığıcısı işə salınıb. Amma onun eroziyası gözlənildiyindən daha yüksək olub. Bənddə yarığın ölçüsü 200 futa çatıb. Suyığıcının mümkün dağılması zamanı əhalinin zərər çəkməməsi üçün fevralın 13-də təxliyə barədə qərar qəbul edilib. Təxliyə zonası 200 mindən çox adamı əhatə edir. Həftənin əvvəlində Şimali Kaliforniyanın bir neçə dairəsindən 188 min adam təxliyə ediləcək. Orovill bəndi ABŞ-da ən uca bənddir.

Bəndin yerləşdiyi dairənin şerifi Batt deyib ki, suyığıcısının beton novundakı zədələrin nə dərəcədə təhlükəli olması tam aydınlaşdırılmayana qədər təxliyə barədə sərəncam qüvvədə olacaq.

Bu qış Şimali Kaliforniyada güclü yağışlar Orovill gölünü daşmaq həddinə gətirib çıxarıb. Gölə Syerra-Nevada dağ silsiləsinin ən yağışlı mövsümlərdən birinin müşahidə olunduğu şimal hissəsindən də su daxil olur.

Şərhlər

XƏBƏR LENTİ