Günel “Space”dən getdi - Yeni iş yeri...

Günel “Space”dən getdi - Yeni iş yeri... Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayırıb.

Məlumata görə, “Banu” verilişinin siması yeni sezonda sözügedən televiziyanın efirinə çıxmayacaq.

Həsənzadənin yeni iş yeri də məlum olub. Belə ki, teleaparıcı sentyabr ayından etibarən ARB TV-nin ekranında görünəcək. Onun proqramın adı isə hələlik məlum deyil.

Qeyd edək ki, Günel bir müddət əvvəl ARB-də yayımlanan “Gəlin danışaq” verilişindəki ailəsi və şəxsi həyatı barədə etirafları müzakirələrə səbəb olmuşdu.

Geri qayıt