Könül Xasıyevanın səhhətində dəyişiklik var

Könül Xasıyevanın səhhətində dəyişiklik var “Xəstənin səhhətində inkişafa doğru dəyişiklik yaranıb. Hərəkət məhdudiyyəti olan nahiyələrdə artıq hərəkətetmə qabiliyyəti müəyyən qədər bərpa olunub”.

Bu sözləri müsahibəsində Xalq artisti Könül Xasıyevanın həkimi, fizioterapevt, reabilitoloq Pərvin Əkbərov deyib.

“Hazırda vəziyyəti stabildir. Müalicə ambulator şəraitdə davam etdirilir. Əməliyyata ehtiyac olmayacaq”.

Xatırladaq ki, K.Xasıyeva onuğra iflici və astma xəstəliyindən əziyyət çəkir. Onun müalicəsini məşhur teleaparıcı Hacı Nuran Hüseynovun təsisçisi olduğu “Həyat” Xeyriyyə Fondu öz üzərinə götürüb.
Geri qayıt