Əməkdar artistin xəstəxanadan görüntüləri yayıldı - Video

Əməkdar artistin xəstəxanadan görüntüləri yayıldı - Video  
Əməkdar artist Vahid Əliyevin xəstəxanadan görüntüləri yayılıb. 

"Təsir dairəsi"nin çəkiliş qrupu aktyorun yerləşdirildiyi tibb müəssisəsində olub.

İnfarkt keçirən artist səhhətinin pisləşdiyini bildirib:

"Səhər saat 10:00-dan axşam saat 10-a kimi hər gün işləyirdim. İşləyəndə də hər fasilə yarandıqda qaçırdım siqaret çəkməyə. Özüm də hiss edirdim ki, siqaret çəkməklə ürəyimi yükləyirəm. Verilişdən evə gələndə ürəyimdə ağrı hiss etdim. Gəlinə dedim ki, dərman versin. Dərman içsəm də, gördüm ki, o xına, bu xına deyil. Yatdım. Gecə saat 2 radələri idi, ürəyim çox möhkəm ağrımağa başladı. Dərhal həyat yoldaşıma vəziyyətimin pis olduğunu söylədim".
Geri qayıt