Əməkdar rəssam Asif Azərelli vəfat edib

Əməkdar rəssam Asif Azərelli vəfat edib Əməkdar rəssam Asif Azərelli vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb.

1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.

Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!
Geri qayıt