Flora Kərimovanın ürəyi dayanıb

Flora Kərimovanın ürəyi dayanıb Sosial şəbəkələrdə Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb.
 
İddialara görə 80 yaşlı sənətçinin yaxını Yaqut xanım onun ürəyinin dayandığını deyib:
 
 "İkimizə də soyuq olub. Flora xanımın qabırğası da əzilib. Həftənin birinci günü ürəyi dayanmışdı. Həmin vaxt ürək masajı edəndə qabırğası zədələnib. Otura bilmir, uzana bilmir. Qabırğası ağrıyır. Özünü yaxşı hiss etmir. 2-3 həftəyə ancaq sağalar".

 
Geri qayıt