Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.
 
Bu barədə qızı Fidan Cəfərova məlumat verib.
 
O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib: "Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər".
 
Geri qayıt