Zöhrə Abdullayeva xəstəliyinə görə 30 kiloqram arıqladı - FOTO

Zöhrə Abdullayeva xəstəliyinə görə 30 kiloqram arıqladı - FOTO Xəbər verdiyimiz kimi, səhhəti pisləşən Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya aparılıb.

Müğənni "Elgizlə izlə" proqramına açıqlama verib. O bildirib ki, özünü yaxşı hiss etmir:

"Heç nə yemək istəmirəm. Dərman atdıqca iştahım gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə mədəm yanırdı. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır".

***16:25

Əməkdar artist Zöhrə Abdullayeva səhhətində yaranan problemlərdən söhbət açıb.

Sənətçi bu barədə "Elgizlə izlə" proqramına danışıb. Uzun müddətdir efirlərdə görünməyən Əməkdar artist revmatizmdən əziyyət çəkir.

“Oynaqlarım fəaliyyətini dayandırıb. Biləyim, dizim o dərəcədə ağrayır ki, ürəyim bulanır. Xəstəyəm, 30 kilo arıqlamışam”, -deyə Z. Abdullayeva bildirib.
Zöhrə Abdullayeva xəstəliyinə görə 30 kiloqram arıqladı - FOTO
Geri qayıt