Rəmişin son halı - Foto

Rəmişin son halı - Foto Səhhətində problem olan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) yeni görüntüsü yayılıb.
Şəkli Xalq artisti Fatma Mahmudova sosial şəbəkədə yayımlayıb. Aktrisa Rəmişi ziyarətə getdiyini bildirib.

O, fotoya "Bu gün böyük sənətkarımız Rəmişə baş çəkdik. Allahdan böyük sənətkarımıza şəfa diləyirik" sözlərini yazıb.

Qeyd edək ki, gitara ifaçısının ağciyərində və qaraciyərində problemlər yaranıb. Həkimlər ona qaraciyər transplantasiyası edəcəklərini bildiriblər.
Rəmişin son halı - Foto
Geri qayıt