Xalq artisti infarkt keçirdi

Xalq artisti infarkt keçirdi Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib.

Bu barədə Unikal.org-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

Bildirib ki, Xalq artisti hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Ötən gün infarkt keçirən rejissor sözügedən xəstəxananın kordiloji şöbəsinə aparılıb, vəziyyəti qənaətbəxşdir, insanları tanımaqda çətinlik çəkir".

Qeyd edək ki, Eldar Quliyevin bu gün 80 yaşı olur.
Geri qayıt