Murad Dadaşov məşhur aparıcını "Xəzər TV"yə gətirdi - FOTO

Murad Dadaşov məşhur aparıcını "Xəzər TV"yə gətirdi - FOTO Məşhur aparıcı Leyla Quliyeva Xəzər Televiziyasında fəaliyyətinə başlayıb.

Bu barədə məşhur aparıcı sosial media hesabından paylaşım edib.

"Xəzər TV-də gördüyüm ilk iş... Həyatda təsadüfi heç nə olmur. Bu komanda ilə ilk işimiz məhz bu tarixdə, bu adla reallaşmalı idi. Bundan sonra fasiləsiz, sürətli, keyfiyyətli və ən əsasl ürəkli addımlarla yalnız irəli gedəcəyik. Nə yaxşı ki, varsınız!" - deyə o, paylaşımında şərh edib.

Qeyd edək ki, Leyla Quliyeva "Yayın ən Mehriban günü" verilişində aparıcılıq edəcək.

Məşhur aparıcı İTV-nin Musiqi departamentinin rəhbəri olub. Onu "Xəzər"ə televiziyanın rəhbəri Murad Dadaşov dəvət edib.
Murad Dadaşov məşhur aparıcını "Xəzər TV"yə gətirdi - FOTO
Geri qayıt