Bir qrup sənət adamı Afaq Bəşirqızına DƏSTƏK OLDU

Bir qrup sənət adamı Afaq Bəşirqızına DƏSTƏK OLDU Bir qrup sənət adamı xalq artisti Afaq Bəşirqızına dəstək üçün müraciət ünvanlayıb.

Unikal.org-a daxil olan müraciətdə deyilir:

“Son günlər efsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, umumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayıb, onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.

Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətimə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamaga cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar!!!! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin!!! Afaq xanım, Sizi sevirik!!!”

Hörmətlə:

1. Ramiz Fətəliyev, xalq artisti
2. Mənsum İbrahimov, xalq artisti
3. Zülfiyyə Xanbabayeva, xalq artisti
4. Eyyub Yaqubov, xalq artisti
5. Ənvər Sadıxov, xalq artisti
6. Tünzalə Ağayeva, xalq artisti
7. Tahir İmanov, əməkdar artist
8. Dilarə Əliyeva, əməkdar artist
9. Elçin Həşimov, əməkdar artist

10.Elnur Əhmədov, əməkdar artist
11.Oqtay Əliyev, televiziya prodüseri
Geri qayıt