Canəli Əkbərovun qardaşı faciəli şəkildə öldü

Canəli Əkbərovun qardaşı faciəli şəkildə öldü Azərbaycanın Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.

Sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu martın 30-da, Rusiya vaxtı ilə saat 04.20 radələrində Sankt Peterburqun Krasnaya Qvardiya rayonunda avtomobil qəzasına düşərək dünyasını dəyişib. M

Qəza zamanı "Mercedes E" və "Chevrolet Aveo" markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, hadisəyə səbəb "Mercedes"in 42 yaşlı sürücüsünün içkili olması olub. Nəticədə "Chevrolet Aveo"nun sürücüsü, 58 yaşlı Fərail Əkbərov həlak olub.

Muğam ustası Canəli Əkbərovun ailəsindən bildirilib ki, hazırda Fərail Əkbərovun nəşinin vətənə gətirilməsi üçün işlərə başlanılıb:

"Hazırda onun nəşinin Bakıya gətirilməsi üçün çalışırlar. Mərhumun 59 yaşı var. İki uşaq atasıdır. Uzun müddətdir ki, Rusiyada yaşayırdı. Onu avtomobillə arxadan vurublar. Vuran sürücü sərxoş olub".

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt