"Həyat məni vurdu, yaraladı, sürüdü..." - Naibə Allahverdiyeva

"Həyat məni vurdu, yaraladı, sürüdü..." - Naibə Allahverdiyeva “Bəziləri mənim ölüm xəbərimi yaydı. Nə məqsədlə, kimin sifarişi ilə bilmirəm. Buna sevinənlər də oldu, kədərlənənlər də”.

Məlumata görə, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva deyib.

Aktrisa bir neçə gün əvvəl yayılan ölüm xəbərinə münasibət bildirb:

“Hər kəs bilir ki, ömrü verən Allahdır, alan da odur. Əsas odur ki, bu ömrü dəyanətli yaşayasan. Özündən sonra azacıqda olsa, bir iz qoyub gedəsən. Əgər mən bu gün sənətimlə insanların qəlbinə yol tapmışamsa, sevgi qazanmışamsa, deməli bu həyatı boş yaşamamışam.

Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi: vurdu, sürüdü, yıxdı, yaraladı, amma qəlbimdəki insanlara qarşı olan sevgini, mərhəməti məndən ala bilmədi. Qəlbimi kinlə doldura bilmədi. Buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib sevinənlərə demək istəyirəm ki, heç kim xəstəliklə, ölümlə sığoryalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm”.
Geri qayıt