Xalq artisti Rafael Dadaşov reanimasiyaya yerləşdirildi
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb... 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova atasının vəziyyətinin yaxşı olmadığını bildirib:
“Atamın vəziyyəti yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.
