Rəfaellə Coşqunun "PUL OVU"... - Ağstafada zorla 40 manata bilet satdırılır...

Rəfaellə Coşqunun "PUL OVU"... - Ağstafada zorla 40 manata bilet satdırılır... "Azərbaycanın tanınmış komediya ulduzları, "Bu şəhərdə"nin simaları Rəfaellə Coşqun bu gün Ağstafa camaatına ciddi problemlər yaradırlar. Ən azından imkansız ailələr üçün..." Bu barədə DİA.AZ-a Ağstafadan verilən məlumatda deyilir.

Sakinlər dia.az-a yazır: "Bütün yerli büdcə təşkilatlarına, müəllimlərə "bu şəhərdə"nin "Pul OV" konsertinə 40 manatdan məcburi bilet satılır. Özü də başçının adından. Camaatın belə imkanı yoxdur axı... Biz Rəfaellə Coşqunu bir tamaşaçı kimi sevirik, onların zarafatlarına gülürük. Amma onlar bu dəfə biz Ağstafa camaatını ağlatdılar..."

DİA.AZ
Geri qayıt