Nərimanovda Novruz şənliyi keçirildi

Nərimanovda Novruz şənliyi keçirildi Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun “Nəriman Nərimanov” stansiyasının çıxışındakı parkda Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

İH-dən xalqxeber.az-a daxil olan xəbərə görə, Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş parkda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.

Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

Bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Nərimanovda Novruz şənliyi keçirildi
Nərimanovda Novruz şənliyi keçirildi
Nərimanovda Novruz şənliyi keçirildi
Nərimanovda Novruz şənliyi keçirildi
Geri qayıt