Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.Veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.
Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.
Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.
Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.
Geri qayıtVerilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.