Sabirin məşhur şeiri Mahsunun filmində... - Video

Sabirin məşhur şeiri Mahsunun filmində... - Video Məşhur müğənni və rejissor Mahsun Qırmızıgülün qalmaqallı filmində Mirzə Ələkbər Sabirin "Qorxuram" şeiri səsləndirilib.

xalqxeber.az xəbər verir ki, sosial şəbəkələrdə "Vəzir barmağı" filmindən paylaşılan kadrda aktyorların Sabirin şeirini ifa etdiyi görünür.

Maraqlıdır ki, "Harda müsəlman görürəm, qorxuram!..." misrası filmdə səsləndirilməyib.

Şeir Türkiyə türkcəsinə tərcümə olunub.

"Qafqazinfo" sözügedən şeiri hər iki dildə təqdim edir:

Aybalaaaam

Şafak vakti düşirem ben

Çöllere bala çöllere bala çöllere

Kükremiş aslan görirem

Kan giyen sırtlan görirem

Dalgalı umman görirem

Cin görirem can görirem

Mezerde hortlak görirem

Bin türlü tufan görirem

Gullibi yaban görirem korkmirem

Korkmirem bala korkmirem



Aybalaaaam

Bu korkmamazlığım ile

Vallahi bala billahi bala tillahi bala

Harda bir yobaz görirem

Harda bir softa görirem

Harda bir molla görirem

Korkirem bala korkirem bala korkirem

Korkirem bala korkirem

Dalgalı fikirlerinden

Riyakâr zikirlerinden

Korkirem bala korkirem bala korkirem.

Korkirem bala korkirem

***

Şeirin orijinalı

Payi-piyadə düşürəm çöllərə, --
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....

Geri qayıt