"Pensiya tez ölə bilmək üçündür" - Xanım İsmayılqızı

"Pensiya tez ölə bilmək üçündür" - Xanım İsmayılqızı “Pensiya yaşaya bilmək üçün deyil.”

Bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı deyib. Onun sözlərinə görə, pensiya insanların ölümümü sürətləndirən bir rüsumdur:

“Pensiya daha tez ölə bilmək üçün kəsilmiş münbit məbləğdi. Odur ki, ölənə qədər işləmək, işləmək və yenə də işləmək...”

Milli Məclisin deputatı Hadı Rəcəbli vətəndaşların pensiya üçün yaş müddətinin 65-ə qaldırılması təklifi ilə çıxış edib. Xalq artisti, tanınmış rəqqasə Təranə Muradova isə Hadı Rəcəbliyə dəstək olaraq, pensiya müddətinin 75-ə qaldırılmasını təklif edib.
Geri qayıt