Vasif Talıbov yeni loqonu seçdi

Vasif Talıbov yeni loqonu seçdi Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.

NMR-nın Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

Azərbaycan prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanmasıdır. 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunub.

Ali Məclisin sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də islam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib.

Təklif olunan loqotipin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi kimi qəbul olunduğunu bildirən V. Talıbov müəllif Tapdıq Həmzəyevə pul mükafatı təqdim edib.

Vasif Talıbov yeni loqonu seçdi
Geri qayıt