Şou-biznes əhli İlhamə Quliyevanın il mərasimə getmədi - SƏBƏB

Mərhumun oğulluğu sabah üçün planlaşdırdığı il mərasimini bir gün öncəyə, bu günə təxirə salması isə gözlənilməz olub. Bu səbəbdən də Heydər məscidində baş tutan il mərasiminə şou – biznes aləmindən heç bir sima qatılmayıb.
Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovla əlaqə saxlayıb, lakin o, bu barədə danışmaq istəmədiyini bildirib: “Hal-hazırda mərasimdəyəm, bu barədə heç nə danışmaq istəmirəm”.
Qeyd edək ki, İlhamə Quliyevanın il mərasimi prodüsser Tolik tərəfindən də fevralın 25-də təşkil ediləcək və iki mərasimin eyni günə salınması narazılıq yaratmışdı.