“Onlar dəfnə gəlsəydilər, Fuad Poladov paklığına ləkə düşərdi” - Əbülfəs Qarayevə üsyan...

“Onlar dəfnə gəlsəydilər, Fuad Poladov paklığına ləkə düşərdi” - Əbülfəs Qarayevə üsyan... “Fuad səhnəyə birinci addımını atanda alqışlarla qarşılanıb, tamaşanın sonunda da alqışlarla yola salınmışdı. Son mənzilə də alqışlarla yola salındı”.

Bunu Moderator.az -a açıqlamasında yazıçı Seyran Səxavət yaxın dostu, xalq artisti Fuad Poladovun ölümünə münasibət bildirərkən deyib:

“Özəl telekanallarımızdan başqa digər telekanallarımızda Fuad Poladovun ölümü haqda heç bir xəbər verilmədi. Fuad Poladov kimi olmaq sözün bütün mənalarında çətin məsələdir. 1964-cü ildən bizim münasibətimiz var və o vaxtdan demək olar çox yaxın dost olmuşuq. Tale elə gətirdi ki, 1988-ci ildə biz onunla bir binada yaşamalı olduq. Biz həqiqət qonşuları idik. Bu qonşuluq mənə elə də qəribə gəlmədi. Sanki bir damın altında böyümüşdük. Bir az irəli getsək, Fuad Poladovla biz bir Allahın altında yaşamışıq. Onun kimi adam olmaq çox nadir hallarda olur. O, dünyanın ən nəhəng kişilərindən biri idi. Dəfn mərasimində onlarda idik, o qədər insan var idi. Hər biri də içində Fuad Poladovla vidalaşmaq üçün öz sevgisini gətirmişdi. Orda hamı kövrəlmişdi. Onun cənazəsi alqışlarla yola salındı. Fuad səhnəyə birinci addımını atanda alqışlarla qarşılanıb, tamaşanın sonunda alqışlarla yola salınmışdı. Son mənzilə də alqışlarla yola salındı”.

Yazıçı Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinin dəfndə iştirak etməməsinə də münasibət bildirib:

“Mədəniyyət Nazirliyindən heç kim gəlməmişdi. Mənə elə gəlir ki, bu daha yaxşıdır. Onların gəlməyindənsə, gəlməməyi yaxşıdır. Mənə elə gəlir ki, onlar dəfnə gəlsəydilər, Fuad Poladov paklığına ləkə düşərdi. Çox sağ olsunlar ki, gəlib iştirak edib o paklığa ləkə gətirmədilər.
Geri qayıt