AZTV-nin məhşur siması da giley edir... - "İndi bilmək istərdim ki..."

AZTV-nin məhşur siması da giley edir... - "İndi bilmək istərdim ki..." Uzun illər AZTV-nin əsas xəbər buraxılışının aparıcısı olmuş Esmira Çərkəzqızı analıq məzuniyyəti dövründə ona ödənməli olan pulun bir hissəsini ala bilmir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə E.Çərkəzqızı sosial şəbəkədə yazıb. O, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) indiyədək həmin məbləği hesablamaqdan imtina etdiyini diqqətə çatdırıb:

"Analıq məzuniyyətim bitdiyi zaman övladlarımın xəstəliyi (su çiçəyi) ilə əlaqədar olaraq işə başlaya bilmədim və təxminən bir aydan artıq müddətdə bülletendə oldum. Çalışmadığım günlərin pulunu isə nədənsə DSMF hesablamaqdan imtina edib. Səbəbi indiyədək orta aylıq əmək haqqımın olmamağı göstərilir. İndi bilmək istərdim ki, mən analıq məzuniyyətində ola-ola mənim əmək haqqım necə hesablana bilər? Sizcə DSMF-nin bu hərəkəti qanunauyğundurmu?"
Qeyd edək ki, E.Çərkəzqızı üçəm anasıdır. O, hazırda Türkiyədə yaşayır.
Geri qayıt