“Hətəmov, tüpürüm o mükafata ki…”

“Hətəmov, tüpürüm o mükafata ki…” Tanınmış aktyor Hikmət Rəhimovla “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb.

Hətəmov aktyorun “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” seçilməsində onun rolunun olduğunu bildirib.

H. Rəhimov isə sosial şəbəkədə ittihamlara sərt bire şəkildə cavab verib:

“Bunu deməliyəm, çünki əsəbimdən səhərə qədər yata bilməmişəm. Deməli, kinostudiyanın rəhbəri Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mükafatı mən həll etmişəm. Mən də sənə deyirəm ki, Hətəmov, tüpürüm o mükafata ki, sən mənə vermisən və orda-burda bunu başa vurursan. Rahat ol, dilimə də gətirən deyiləm. Bil ki, Səni ora işləməyə qoyublar. Daha mütilik etməyə yox. Adamını tanı, ağıllı ol. Məni ətrafındakılarla səhv salma”.
Geri qayıt